“Neftçi”də son durum - “Qarabağ”la oyuna itkilərlə çıxacaqlar

29 Sentyabr 2022 16:40 Neftçi 1 246
“Neftçi”də son durum -  “Qarabağ”la oyuna itkilərlə çıxacaqlar

“Neftçi” “Qarabağ”la oyunun hazırlıqlarını davam etdirir.

Artıq baş məşqçi Laurentsiu Regekampf da düşərgədədir.

Oğlu Liamın xaça suyu salınma mərasimini təşkil etmək üçün “Səbail”lə oyundan sonra vətəninə yollanan rumıniyalı çalışdırıcı sentyabrın 25-dəki xoş gündə dostlarını başına yığıb.

Məclisdə iştirak edənlər arasında “Neftçi”nin prezidenti Kamran Quliyevlə idman direktoru Zaur Əzizov da olub.

Regekampf sentyabrın 23-də Rumıniyaya səs salan qalmaqalda – həyat yoldaşı Ana Mariya Prodanı küçədə döyməsinə və barəsində cinayət işi açılmasına baxmayaraq, Bakıya dönüşünə icazə verilib.

Rumıniya mətbuatında yazılanlara inansaq, təcrübəli mütəxəssis gec-tez qanun qarşısında cavab verəcək. Hələ ki, araşdırmalar davam edir.

“Ağ-qaralar” son çempionla oyunda qələbəyə köklənməsinə baxmayaraq, komandadakı itkilər əvhal-ruhiyyənin tam istənilən formada olmasına imkan vermiş.

İyulda Paraqvayda əməliyyat olunan Sezar Meza Kolli hələ də Bakıya qayıtmayıb.

Çempionatın gedişində zədələnən Azər Salahlı ilə Vato Arveladze fərqli məşqlərə start verib. Lakin oktyabrın ilk günündəki mərkəzi qarşılaşmada meydana çıxmayacaqları dəqiqdir.

Oktyabrın 1-də Premyer Liqanın 8-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Neftçi” görüşü saat 18:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti