Kamran Quliyev "Neftçi"dən göndərilir

13 Avqust 2022 11:20 Neftçi 2 899
Kamran Quliyev "Neftçi"dən göndərilir

"Neftçi"nin "Rapid"lə oyundakı məğlubiyyəti SOCAR rəhbərliyinin səbrini daşırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə sports.az məlumat yayıb.

Bildirilir ki, klubun baş sponsoru Kamran Quliyevin qovulmasını gündəmə gətirib.

Quliyevin təyinatından sonra "Neftçi"yə yatırılan onmilyonların qarşılığının görülməməsi, prezidentin intriqalara meylliliyi, nəticədə illərdir klubdaxili ab-havanın pozulması və avrokuboklardakı uğursuzluqlar onun göndərilməsi məsələsini aktuallaşdıran əsas səbəblərdir.

Bərbad vəziyyətdə olan "Rapid"ə məğlubiyyət, nəticədə Lixteynşteyn klubunu keçib Konfrans Liqasına yüksəlmək kimi ələdüşməz şansın qaçırılması isə SOCAR rəhbərliyinin səbr kasasını daşıran son hədd olub.

Artıq Kamran Quliyevin yerinə gələcək namizədlərin müzakirəsinə başlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti