"Rapid"in çalışdırıcısı "Neftçi" üzərində qələbənin sirrini açdı

12 Avqust 2022 02:00 Neftçi 1 558
"Rapid"in çalışdırıcısı "Neftçi" üzərində qələbənin sirrini açdı

"Rapid" Konfrans Liqası III təsnifat mərhələsinin cavab oyununda "Neftçi"ni 2:0 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Avstriya klubunun baş məşqçisi Ferdinand Feldhofer sualları cavablandırıb:

- Kifayət qədər ağır oyun oldu. Bakıda da belə olmuşdu. Bu gün mənəvi gücümüzü hiss etdirdik. Bütün oyunu pressinq edərək keçirdik, qapıya 30-a yaxın zərbə endirdik.

- İstədiyiniz oyunu görə bildiz?

- Əlbəttə ki, çətin oyun idi. Amma biz çalışdıq ki, öz gücümüzü göstərək. Qapıya 30-dan çox zərbə endirmək kifayət qədər yaxşı göstəricidir. Ferdinin oyuna daxil edilməsi böyük risk idi. Amma biz bunun nəticəsini gördük.

- Bu oyun gələcəkdə yanaşmalarınızda dəyişikliklər üçün səbəb olacaq?

- Bu, uzun boşluqdan sonra bizim üçün keçid mərhələsi oldu. Digər oyunçularımız da sıraya qayıdandan sonra nəticələrimizi yüksəlməliyik.

Digər Xəbərlər
Xəbər Lenti