"Neftçi" daha çox pul verdi, Super Liqa klublarının təklifini geri çevirdi

9 Avqust 2022 13:00 Neftçi 2 787
"Neftçi" daha çox pul verdi, Super Liqa klublarının təklifini geri çevirdi

"Neftçi" dünən növbəti transferini rəsmiləşdirib.

Bakı klubu Vato Arveladze ilə 1+1 il şərtli müqavilə imzalayıb. 24 yaşlı yarımmüdafiəçi 18 nömrəli formanı geyinəcək.

Vato Arveladze Gürcüstanın “Lokomotiv” (Tbilisi, 2015-2018, 2020), Polşanın “Korona” (2018-2020) və Türkiyənin “Fatih Karagümrük” (2020-2022) klublarında çıxış edib.

Gürcüstanın U-17, U-19 və U-21 (15 oyun, 3 qol) yığmalarının da sabiq üzvüdü. 2019-cu ildə isə Arveladze əsas millidə debüt edib, 2 oyuna 1 qol vurub.

Vato ötən ay Türkiyə toplanışında dizindən ağır zədə alan və minimum 6 ay yaşıl sahələrdən kənarda qalacaq Sezar Meza Kollinin yerinə dəvət olunub.

Bakılılar paraqvaylı ilə müqaviləyə vaxtından əvvəl xitam vermək istəsə də, o, ikitərəfli anlaşmaya imza atmaqdan imtina edib. Gürcünün gəlişi «ağ-qaralar»ın cənubi amerikalıdan gözünün çəkməsinin göstəricisidir.

Məşhur Arveladze ailəsinin mənsubu olan Vato Azərbaycanda arzuladığı qədər pul qazanacaq. Türkiyəli həmkarlarımızın saytımıza verdiyi məlumata görə, onun “Fatih Karagümrük”da illik gəliri 200 min dollar civarında olub.

Super Liqadan “Kasımpaşa“ və “Kayserispor“ gürcüyə həmin məbləğ qədər əməkhaqqı təklif edib, lakin “Neftçi“dən aldığı dəvət daha cəlbedici olduğundan, Bakının yolunu tutub.

Beləliklə, bakılılar bu yay 6 əcnəbini sıralarına qatıb.

Bunlar Ataa Caber (“Aşdod”, İsrail), Qodsvey Donyo (“Makkabi”, Hayfa, İsrail), Kenni Sayef (“Aşdod”, İsrail), Solomon Kvirkveliya (“Qaqra”, Gürcüstan) və Yeqor Boqomolskidır (“Minsk”, Belarus).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti