“Neftçi”dən qayğılandıran açıqlama - Yenə bu problemdən əziyyət çəkəcəklər

30 İyun 2022 21:00 Neftçi 1 725
“Neftçi”dən qayğılandıran açıqlama - Yenə bu problemdən əziyyət çəkəcəklər

“Neftçi” yanvarda böyük ümidlərlə heyətinə qatdığı Azər Əliyevdən istədiyi faydanı görür desək yanlış olar.

Rusiya futbolunun yetirməsi olan əslən azərbaycanlı futbolçu ötən mövsümün ikinci yarısında limit səbəbindən əsas heyətdə möhkəmlənməkdə çətinlik çəkirdi.

Azər komandaya azərbaycanlı kimi cəlb olunsa da, Azərbaycan vətəndaşlığının olmaması işini çətinləşdirirdi. Pasport almaq yönündə aparılan işlər 4-5 ay ərzində səmərə vermədi.

Qarşıdan növbəti mövsüm gəlir və klub rəhbərliyinin əsas istəyi Əliyevin xidmətindən yerli futbolçu kimi yararlanmaqdır.

Belədə həm baş məşqçinin legionerlərlə bağlı seçim imkanı genişlənəcək, həm də Azər öz bacarığı ilə əsas milliyə çağırılmaq şansı qazanacaq.

Bəs, bu yöndə nə yenilik var? 28 yaşlı futbolçu növbəti mövsümdə hansı statusla oynayacaq?

Bu suallarla klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə müraciət etdik. “Ağ-qaralar”ın sözçüsü hazırda bununla bağlı hansısa yeniliyin olmadığını bildirdi.

Bu isə o deməkdir ki, “Neftçi”də yüksək maaş alan 3-5 nəfərdən biri olan Azər yenə legioner hesab olunacaq və yenə aparıcı sima olmaqda çətinliklə üzləşəcək. Hətta limit “7+4”ə qaldırılsa belə...

Əliyev karyerası ərzində Rusiya Premyer Liqasında “Krılya Sovetov”, “Ufa”, “Tambov” kimi komandaların şərəfini qoruyub. Bu ilin əvvəlindən formasını geyindiyi “Neftçi”də isə 14 oyunun iştirakçısı olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu