"Neftçi"nin yeni baş məşqçisinə ödəyəcəyi məbləğ – TƏƏCCÜBLƏNƏCƏKSİZ!

25 İyun 2022 21:20 Neftçi 6 627
"Neftçi"nin yeni baş məşqçisinə ödəyəcəyi məbləğ – TƏƏCCÜBLƏNƏCƏKSİZ!

"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampfın alacağı əməkhaqqı mətbuatın araşdırma mövzusudur.

Bu barədə həm Azərbaycan, həm də Rumıniya KİV- də müxtəlif xəbərlər yayılır.

"Prosport"un iddiasına görə, bakılılarla 2 illik müqavilə imzalamış mütəxəssis bir mövsümə 480 min avro qazanacaq.

Bu isə ayda 40 min avro deməkdir. Xəbərdə qeyd olunub ki, o, "Universitatya Krayova"da ayda 15 min avro qazanıb.

Üstəlik, Regekampfa transferlər zamanı sərbəstlik və "Neftçi"ni UEFA Konfrans Liqasının qrupuna çıxaracağı təqdirdə, bonus veriləcək.
"

Neftçi"nin prezidenti Kamran Quliyev onun maaşı haqda bunları söyləyib:

"Bizdə sistem tam fərqlidir. Rumıniya mətbuatının yazdığı həqiqət deyil. Maaş aşağıdır. Reqe yaxşı komanda quran məşqçidir. Ona uyğun da futbolçular gələcək. İddialı heyətimiz olacaq"

Regekampf isə məvacibi barədə danışmaq istəmədiyini bildirib:

"Müqavilə konfidensial bir şeydir. Bu barədə heç vaxt danışmamışam. Sadəcə, maliyyə mövzusu hər zaman hamını maraqlandırır.

Ona görə media belə məsələlərə yer verir. Müqaviləm 2 illikdir. Klub prezidentini məcbur edə bilmərəm ki, mənimlə 5 illik sözləşmə imzalasın".

“Neftçi”dən mövzu ilə bağlı redaksiyamıza yeni informasiya daxil olub. Saytımıza verilən məlumata görə, yeni baş məşqçinin məvacibi avro ilə ödəniləcək.

Məbləğə gəlincə, Regekampf rumın mediasının yadığı qədər əməkhaqqı almayacaq. Onun buradakı aylıq qazancı 22 min avro təşkil edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"