“Neftçi” rəsmi vidanı açıqladı - Satıldığı kluba getdi

26 Yanvar 2022 17:00 Neftçi 616
“Neftçi” rəsmi vidanı açıqladı - Satıldığı kluba getdi

“Neftçi” icarə əsasında heyətində forma geyinən Mamadu Kane ilə vidalaşıb.

Sportinfo.az Bakı təmsilçisinin saytına istinadən məlumat verir ki, 2018-ci ilin dekabrında – 21 yaşında Qvineyadan “Neftçi”nin heyətinə qatılmış Kane 2021-ci ilin sentyabrında Yunanıstan “Olimpiakos”una satılıb.

Daha sonra icarə əsasında “Neftçi”də çıxışını davam etdirən 25 yaşlı yarımmüdafiəçi artıq yeni klubuna qoşulacaq.

Kane Bakı təmsilçisinin heyətində Premyer Liqada 61 oyuna çıxıb və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti