
"Neftçi" Sportinfo.az-ın 2 ay öncə yaydığı xəbəri az öncə rəsmən təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/131542.html).
Daha əvvəl San-Tome və Prinsipidən olan Harramiz Soareslə vidalaşan paytaxt klubu Xorxe Korrea ilə yolların ayrılmasını sayt vasitəsilə açıqlayıb.
Bildirilib ki, ötən ilin yayında 2 il müddətinə anlaşmaya imza atan 29 yaşlı argentinalı hücumameylli yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
“Neftçi” rəhbərliyinə müraciət ünvanlayan cənubi amerikalı ailə problemlərini əsas gətirib.
O, Azərbaycanda çıxışını davam etdirmək istəmədiyini, anlaşmanı qarşılıqlı razılaşma əsasında pozmağa hazırlaşdığını açıqlayıb.
Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010 - 2018), “Defensores de Belqrano” (2012 - 2013) və Portuqaliyanın “Maritimu” (2018 - 2021) klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Super Kubokunu qazanıb.