“Neftçi”də gündəmi dəyişən SÜRPRİZ AYRILIQ QƏRARI – SON DƏQİQƏ

20 Yanvar 2022 11:40 Qarabağ 4 373
“Neftçi”də gündəmi dəyişən SÜRPRİZ AYRILIQ QƏRARI – SON DƏQİQƏ

Bu gün “Neftçi” gözlənilməz xəbər alıb.

Ailəsi koronavirusa yoluxduğu üçün karantina alınan Xorxe Korreanın Antalya toplanışına qatılmayacağı məlum olub.

Bu barədə paytaxt klubundan Sportinfo.az-a məlumat verilib. Bildirilib ki, ötən ilin yayında 2 il müddətinə müqavilə bağlanılan hücumameylli yarımmüdafiəçi. “Neftçi” rəhbərliyinə müraciət ünvanlayıb.

29 yaşlı argentinalı ailə problemlərini əsas gətirərək, Azərbaycanda çıxışını davam etdirmək istəmədiyini, anlaşmanı qarşılıqlı razılaşma əsasında pozmağa hazırlaşdığını açıqlayıb.

Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010 - 2018), “Defensores de Belqrano” (2012 - 2013) və Portuqaliyanın “Maritimu” (2018 - 2021) klublarında çıxış edib.

O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Super Kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"