“Neftçi”: Biri gəlir, o birindən xəbər yoxdur – Klubdan DEYİLDİ

19 Yanvar 2022 22:20 Neftçi 1 280
“Neftçi”: Biri gəlir, o birindən xəbər yoxdur – Klubdan DEYİLDİ

“Neftçi”nin baş məşqçisinin başı dərddədir.

Komandanın qış toplanışında tam tərkibdə yığışa bilməməsi Samir Abasovun əhvalını əməlli-başlı korlayıb.

Aqil Məmmədov əməliyyat olunduğuna görə çalışmalardan kənarda qalıb, Mamdu Kane Afrika Millətlər Liqasında iştirak edir.

Komandanın “vuran ayağı” Tyaqo Bezerra kollektivə 2 gün əvvəl qoşulub.

Sezar Meza Kolli ilə Xorxü Korrea isə hələ də yoxdur. Halbuki, yoldaşlıq görüşləri başa çatır, toplanış bu gün-sabah qurtarır.

Cənubi Amerikadan olanların son durumuna aydınlıq gətirmək üçün “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq.

Klubun sözçüsünün Sportinfo.az-a verdiyi məlumata görə, Sezar Meza Kollinin testinin nəticəsi neqativ çıxıb ki, paraqvaylı sabah səhərə kimi Antalyada – komandanın düşərgəsində olmalıdır.

Korreadan isə xəbər yoxdur. Daha doğrusu, argentinalı sabah test verməlidir. Bu isə o deməkdir ki, Xorxe ən yaxşı halda Antalya toplanışının sonuna yetişəcək. Ya da birbaşa Bakıya uçacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti