“Neftçi” azarkeşlərinin sevimlisi özünü tanınmaz hala salıb - FOTO

2 Dekabr 2021 22:20 Neftçi 1 243
“Neftçi” azarkeşlərinin sevimlisi özünü tanınmaz hala salıb - FOTO

2010-cu ildə “Neftçi”yə cəlb olunaraq sonradan qazanılan titulların baş memarına çevrilən Flavinyo hələ də ağ-qara rənglərə könül verən fanatların könlündə yaşayır.

Texnikası, sürəti, öldürücü zərbələri ilə rəqibləri üçün “qorxulu yuxu” hesab olunan braziliyalı hələ də Azərbaycana gəlib-getmiş ən səviyyəli legionerlərdən hesab olunur.

"Heç kimi tez-tez tərifləmirdi, amma oyunçular onu sevirdilər"

Arıq, çəlimsiz, sanki güclü külək əsəndə yıxılacaq görkəmi ilə yaddaşlarda qalmaqdadır unudulmaz “9 nömrə”.

Məhz yaddaşlarda qalmaqdadır.

Çünki Flavinyo artıq o Flavinyo deyil. İmicinə, xarici görkəminə yaxşıca əl gəzdirib. Əvvəlkinə nisbətən kökəlib, saqqal saxlayır. Kənardan Braziliya reperlərinə oxşayır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti