Samir Abasov “Neftçi”də bu yeniliyin tətbiqinə qarşı çıxdı

25 Sentyabr 2021 13:00 Neftçi 1 311
Samir Abasov “Neftçi”də bu yeniliyin tətbiqinə qarşı çıxdı

“Neftçi”nin baş məşqçisi Samir Abasov yeni mükafatlandırma sisteminə qarşı çıxıb,

O, indiki sistemin saxlanılmasına nail olub. Bu isə hər oyuna görə ayrıca mükafatın təyin edilməsi deməkdir.

Halbuki rəhbərlik mükafat fondunu optimallaşdırmaqla yanaşı, qarşıya qoyulan məqsədə çatmaq yolunda futbolçuları stimullaşdıırmaq niyyəti güdürdü.

Mahiyyətə gəlincə, yönətim daha hər oyuna görə uduş təyin etmək niyyətində deyildi.

Mükafatlandırmanın xal hesabına görə aparılması nəzərdə tutulurdu. Əgər Abasov razılaşsaydı, komanda həmin pulu 3-4 oyundan bir olacaqdı.

Bu matçlarda maksimum xal toplanarsa, məbləğ tam şəkildə ödəniləcəkdi.

Həmin qarşılaşmaların birində məğlubiyyət, yaxud heç-heçə qeydə alınarsa, «ənam»ın rəqəmi iki dəfə aşağı düşəcəkdi.

Abasov iddia edib ki, komanda yeni sistemə keçidə hazır deyil və dəyişiklik olarsa, futbolçuları qələbəyə motivasiya etmək çətinləşəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti