“Neftçi”dən: “Meydandan kənardakı gərginliklərin içində olmaq istəmirik”

24 Sentyabr 2021 09:20 Neftçi 664
“Neftçi”dən: “Meydandan kənardakı gərginliklərin içində olmaq istəmirik”

"Biz buna hazırıq. Rəqibdə hansı problemlərin baş verməsinin bizə aidiyyatı yoxdur”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Neftçi"nin baş məşqçisi Samir Abasova məxsusdur.

O, sentyabrın 26-da səfərdə "Sabah"a qarşı keçirəcəkləri Premyer Liqanın V tur oyunu haqda danışıb. Mütəxəssis bu matçın yenə gərgin keçməsini arzulamadığını etiraf edib.

Onun fikrincə, "Sabah" qələbə qazanmadığı üçün çox çalışacaq: “Qələbə üçün meydana çıxacağıq. Gərginlik olacağını gözləyirik.

Meydandan kənardakı gərginliklərin içində olmaq istəmirik. Ötən mövsüm başımıza gəlmişdi. Təmiz və ədalətli oyunla qalib gəlmək niyyətindəyik".

O, matçın start heyətini müəyyənləşdirdiyini də deyib: "Oyunadək çox şey baş verə bilər. 6+5 limitinə əsasən heyəti qururuq.

Kimsə sıradan çıxsa, sistemi də dəyişə bilərik. Amma beynimizdə start heyəti qurmuşuq. Əsas odur ki, bu matça tam hazırıq".

Digər Xəbərlər
Xəbər Lenti