“Neftçi”dən imtina edən məşhur futbolçuya bu qədər PUL VERDİLƏR

22 Sentyabr 2021 11:40 Neftçi 2 054
“Neftçi”dən imtina edən məşhur futbolçuya bu qədər PUL VERDİLƏR

“Neftçi”nin transfer etmək istədiyi Nikita Rukavitsa yenidən İsrailə üz tutub.

Ötən mövsümü “Makkabi”də (Hayfa) keçirən hücumçu yüksək liqada yarışan “Hapoel Beer-Şava” ilə anlaşıb.

Avstraliya millisinin üzvü 2 illik müqaviləyə qol çəkib.

Rukavitsa “Makkabi”nin (Hayfa) heyətində 22 oyuna 19 qol vurub. Forvard daha əvvəl Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts" və "Frankfurt"un da şərəfini qoruyub.

O, bu yay “Neftçi”yə keçməyə yaxın idi. Bu məqsədlə Bakıya səfər etmiş, həm şəhər, həm də klubun şəraiti ilə tanış olmuşdu.

“Neftçi” rəsmiləri Rukavitsanın buraları bəyənmədiyi üçün 2 illik müqaviləyə imza atmadığını iddia edib. Amma bu, həqiqətdən uzaqdır. Komandanın avrokuboklarla erkən vidalaşması onun qərarına birbaşa təsir göstərib.

Konfrans Liqasıında qrup mərhələsinə vəsiqə qazana bilməyən kollektivin üzvü olmaq istəməyən hücumçu maliyyə şərtlərində də razılığa gəlməyib.

“Hapoel“ isə 800 min dollar qarşılığında avstraliyalı ilə anlaşmaya nail olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!