“Neftçi”də qalmayan ulduzdan təəccüb doğuran YENİ ANLAŞMA ŞƏRTLƏRİ

15 Sentyabr 2021 19:00 Neftçi 1 885
“Neftçi”də qalmayan ulduzdan təəccüb doğuran YENİ ANLAŞMA ŞƏRTLƏRİ

Ötən mövsümün son 3 ayını “Neftçi”də keçirən Yaponiya millisinin sabiq futbolçusu Keysuke Hondanın karyerasını Litvada davam etdirəcəyini bilirsiz.

35 yaşlı yarımmüdafiəçi "Suduva" ilə müqavilə bağlayıb.

"Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vuran Honda “Suduva”da cüzi mavacib alacaq. Asiyalı keçmiş ulduz aylıq gəlirinin 10 min dollar olması ilə razılaşıb.

Tərəflər qış fasiləsində növbəti dəfə danışıqlar masası arxasına əyləşəcək. Anlaşmaya əsasən, əgər həmin vaxt yaponiyalı orta sahə oyunçusuna Avropadan başqa təklif gəlməsə, daha 5 ay burada qalacaq.

Honda Litvaya fiziki hazırlıq üzrə şəxsi məşqçi, masajist, aşpaz, press-ateşe və sosial şəbəkə hesablarını idarə edən şəxsi aparıb. Onların xərcini də özü ödəyəcək.

“Neftçi”də belə idimi? Deyə bilərik ki, Honda Azərbaycanda bundan qat-qat artıq vəsait əldə edib.

Hər halda onun hər aya görə 100 min dollar aldığı barədə yerli mətbuatda çoxsaylı xəbərlər yazılıb. Üstəlik, çempionluq münasibətilə 30 min dollar bonus da əldə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti