Premyer Liqanı izləmək istəyənlər üçün SON XƏBƏR!

4 Avqust 2021 10:40 Neftçi 1 577
Premyer Liqanı izləmək istəyənlər üçün SON XƏBƏR!

Bilindiyi kimi, AFFA Azərbaycan Premyer Liqasının oyunlarına azarkeşlərin buraxılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcək.

Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

O bildirib kİ, çempionatın startına 1 həftə qalmışadək cavab bəlli olacaq: "Yoluxma sayı artmasa, düşünürəm ki, razılıq verilər".

Azərbaycan Premyer Liqası avqustun 14-də start götürəcək. Bizdə olan məlumata görə, Operativ Qərargah fanatların stadiona girişinə icazə verəcək.

Və əlbəttə ki, pandemiya tələblərinə uyğun davranılması şərti ilə. Hər oyunda arenaya ümumi tutumun 50 faizi qədər tamaşaçı buraxılacaq.

Onlardan COVİD pasportu istəniləcək. Iki vaksin dozası vurdurmayan şəxslər tribunada öz yerini ala bilməyəcək.

Peşəkar Futbol Liqası bu yeni qaydalarla bağlı Əsasnaməyə əlavə bəndlər daxil etməyə hazırlıq görür və hazırda bunun üzərində xüsusi iş gedir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti