"Onun bu hərəkəti "Neftçi"ni bir addım geriyə atmış oldu"

28 İyul 2021 20:00 Neftçi 1 127
"Onun bu hərəkəti "Neftçi"ni bir addım geriyə atmış oldu"

"İlk oyun göstərdi ki, "Neftçi"nin tutduğu strategiya çox doğrudur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.

Kərimov öncə ilk oyundakı səhvlərdən danışıb: "İkinci nömrə ilə oynamaq və ələ düşən fürsətlərdən sürətli oyunçuların hesabına istifadə etmək lazımdır. İlk oyun bir az gözlənilməz qol buraxdılar.

Amma oyun boyu "Neftçi"nin yaxşı imkanları yaranmışdı. Oyundan öncədə bildirmişdim ki, "Olimpiakos" güclü rəqib olsa da "Neftçi" müdafiədə diqqətli olsa şanslar yaradacaq. Elə dediyim kimi də oldu".

O, "Ən azı 3-4 qol epizodu yaradıldı. Çempionlar Liqasında çıxış edirsənsə, belə şanslardan qola çevirməlisən.

Bu, Azərbaycan çempionatı deyil ki, sağa-sola qol şanslarını xərcləyib, sonda birini vurmaqla qalib gələ biləsən. Ən azından Namiqin qol epizodu dəqiq sonluqla başa çatmalıydı" deyə sözlərinə əlavə edib.

48 yaşlı mütəxəssis aldığı qırmızı vərəqə ilə Mertin komandanı cavab oyunuöncəsi çətin duruma saldığını düşünür:

"İlk oyun meydanda hər şey "Neftçi" üçün əla gedirdi. Sona kimi "Neftçi" meydanda 11 nəfərlə qalsaydı əmin idim ki, qol vuracaqdılar. Hər şey buna gedirdi.

Mert Çelikin bu səviyyədə qırmızı alması komandanı pis vəziyyətdə qoymaqdır. Qırmızı vərəqə "Neftçi"ni cavab oyununda bir addım geriyə atmış oldu.

Bir oyunçunun üstünə çox getmək də doğru deyil. İnanmıram ki, bilərəkdən bunu etsin. Sadəcə olaraq sərt oynamaq istəyirdi. Sonu belə alındı. Amma istənilən halda cavab oyununda "Neftçi"ni qələbə qazanmaq yolunda hərtərəfli çətinliyə saldı".

Digər Xəbərlər
Xəbər Lenti