"Neftçi"nin Sloveniyada ilk günü necə keçdi? – VİDEO+FOTOLAR

20 İyun 2021 09:20 Neftçi 1 013
"Neftçi"nin Sloveniyada ilk günü necə keçdi? – VİDEO+FOTOLAR

"Neftçi" yeni mövsümün hazırlığını davam etdirir.

Sportinffo.az xəbər verir ki, dünən Sloveniyaya yollanaraq Kranyska Qora bölgəsində məskunlaşan komanda təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

“Ağ-qaralar”ın səhər məşqində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.

“Neftçi” toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Flaqman iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ ki müəyyənləşməyib.

“Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək.

İlk oyun iyulun 7-si Tbilisidəki Boris Payçadze adına "Dinamo Arena"da olacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab matçı isə iyulun 14-ü “Bakcell Arena”da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!