"Neftçi" klub axtaran fransıza bir həftə vaxt verdi

17 İyun 2021 09:40 Neftçi 1 574
"Neftçi" klub axtaran fransıza bir həftə vaxt verdi

Stiven Monroz yenidən «Neftçi»yə qayıda bilər.

«Ağ-qaralar»la müqaviləsi bitən fransalı yarımmüdafiəçi hazırda ölkəsindədir.

Bakılılar son 2 ildə formasını geyinən legionerə yeni sözləşmə təklif edib. Bunun üçün o, klubun ən bahalı futbolçusu statusundan imtina etməlidir.

Monroz burada keçirdiyi hər mövsümə görə 220 min dollar qazanıb, indi isə şəmin məbləği ona ödəyən yoxdur.

«Neftçi» fransıza iki dəfə aşağı məbləğ verməyə razıdır. Ki, Monroz da iki yol ayrıcında qalıb: ya bu şərtlərlə razılaşmalı, ya da getməlidir.

Onu tərəddüdə salan isə gözlədiyi başqa təklilərin olmamasıdır.

Ölkəsində Liqa 2-nin bir neçə təmsilçisi ilə danışıqlar aparan yarımmüdafiəçiyə hələlik sərfəli şərtlər irəli sürən olmayıb. Belçika və Kipr klublarından da həmçinin.

Bunu bilən «Neftçi» rəhbərliyi Monroza bir həftə vaxt verib. O da cavabında bu vaxt ərzində başqa komanda tapmayacağı halda, Azərbaycana dönəcəyini xəbər göndərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu