Honda “Neftçi”də az oynamasında SOCAR-a narazılıq etdi

7 Aprel 2021 13:00 Neftçi 1 767
Honda “Neftçi”də az oynamasında SOCAR-a narazılıq etdi

Keysuke Honda Premyer Liqanın növbəti turunda ilk dəqiqələrdən meydanda olmalıdır.

Bu, SOCAR-dan “Neftçi”nin baş. məşqçisi Samir Abasova gələn göstərişdir.

Yaponiyalı yarımmüdafiəçi “Sumqayıt”la qarşılaşmada (0:2) debütündən narazı qalıb.

46-cı dəqiqədə Yusuf Lavalın əvəzinə meydana daxil olan 35 yaşlı legioner SOCAR mənsubları ilə söhbətində az şans qazandığını iddia edib.

Asiyalı keçmiş ulduz fiziki cəhətdən daha çox oynamağa hazır olduğunu və komandanı öz arxasınca aparmaq istədiyini bildirib.

Hondanın narazılığından sonra neft şirkətindən Abasova müvafiq təlimat gəlib. Odur ki, onun “Qəbələ” ilə səfər görüşündə start heyətində yer alması gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”