"Neftçi"nin "qara kabus"u - Zirədən FOTOREPORPTAJ

26 Fevral 2021 10:40 Neftçi 460
"Neftçi"nin "qara kabus"u - Zirədən FOTOREPORPTAJ

Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, çempionatın lideri "Neftçi" səfərdə "Zirə" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 67-ci dəqiqədə Davit Volkov vurub.

Gürcüstanlı hücumçu 77-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Tallisonun müdaxiləsindən sonra zədələnərək meydanı xərəkdə tərk edib. Onun yerinə oyuna Musa Qurbanlı daxil olub.

Bu qələbədən sonra xalını 28-ə çatdıran "Zirə" 3-cü pillədəki mövqeyini qoruyub. "Neftçi" isə 33 xalla ilk sırada yer alır.

Digər Xəbərlər
Xəbər Lenti