"Neftçi"nin futbolçuları "Qarabağ"la "Qəbələ"dən nə qədər pul qazandı?

24 Fevral 2021 16:00 Neftçi 577
"Neftçi"nin futbolçuları "Qarabağ"la "Qəbələ"dən nə qədər pul qazandı?

"Neftçi"nin futbolçularının Premyer Liqanın son 2 turunda qazandığı mükafatın məbləği məlum olub.

Öncə "Qarabağ"a 2:1, ardınca "Qəbələ"yə 1:0 hesabıyla qalib gələn "ağ-qaralar" üst-üstə 3500 manat əldə edib.

Bu məbləğin 2000 manatı derbi matçının payına düşür. Əyalət təmsilçisi üzərində qələbənin qarşılığı isə 1500 manat təşkil eləyib.

Bakılılar hələlik vəd olunan mükafatın bir hissəsini alıb. Rəhbərlik cəmi 1000 manatı ödəyib.

Qalan vəsaitin bu gecə, uzağı, sabah günorta saatlarınadək - "Zirə" ilə qarşlaşmayadək verilməsi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti