“Nazim Süleymanovu təbrik etməyənlər bədbəxt insanlardır”

21 Fevral 2021 22:20 Neftçi 1 493
“Nazim Süleymanovu təbrik etməyənlər bədbəxt insanlardır”

“Nazim Süleymanovun təqdimatı heç bir ehtiyac yoxdur.

Nəinki Azərbaycanda, bütün SSRİ-də hamı bilir ki, o, necə böyük futbolçu olub”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin tanınmış azarkeşi Ceyhun Əzizli deyib.

O, bugünlərdə 56 yaşını qeyd edən Nazim Süleymanovun AFFA və “Neftçi” rəhbərliyi tərəfindən diqqətdən kənarda saxlanılmasına kəskin etiraz bildirib.

Sitat: “AFFA və “Neftçi” futbola xeyir verən və verməyən bütün futbol veteranlarını həmişə təbrik edib. Ya hardansa bir fornma tapıb, onunla şəkil çəkdiriblər, ya da ki, rəsmi sayt vasitəsilə təbrik ediblər.

Hamı yada düşdü, amma Nazim Süleymanov yox. Azərbaycanı futbolda tanıdan bir şəxsə adi “Nefçi”dən zəng də vurub, təbrik etməyi lazım bilmədilər.

Ona qarşı yenə haqsızlıq elədilər. Süıeymanovu unutdurmaq istəyirlər. Amma vallah, alınmayacaq. Onlar başa düşmür ki, həyat belə gəlib, belə də getməyəcək.

Bir gün futbolda da dəyişiklik olacaq. Bu adamlar da, kamranlar, riadlar gedəcək, haqq-ədalət öz yerini tapacaq. Nazim Süleymanov sağdır, onu indi saymaq lazımdır.

Məni yandıran odur ki, özləri futbol üçün heç bir iş görmədikləri halda, belə insanları da diqqətdən kənarda saxlayırlar.

Nazim müəllimin AFFA və “Neftçi" rəhbərliyinin təbrikinə ehtiyacı yoxdur, amma ona bu cür saymazyanalıq həm də bizə - futbol camiəsinə, azarkeşlərə hörmətsizlikdir.

Bu münasibət ölkədə futbolun inkişafını istəyən insanlara barmaqarası yanaşmadır. “Neftçi” rəhbərliyi AFFA tərəfindən idarə olunur.

Bu adamlar özlərini AFFA-nın sözçüsü kimi aparır. Bəlkə də hansısa sözçü Elxan Məmmədovun yanında bunlardan daha hörmətlidir.

Kamran tapşırıq icraçısıdır. Deyirlər, elə et, belə et, o da edir. “Neftçi” niyə Nazim Süleymanovu təbrik etmədi? Ona görə ki, Elxan Məmmədov icazə verməz.

Deməli, “Neftçi” müstəqil klub deyil, bu klubun rəhbərliyi AFFA tərəfindən idarə olunur. Sonuncui təbrik söhbətində bu, bir daha sübut olundu.

Süleymanov futbolun düzgün idarə olunmamasına etiraz edir. AFFA rəhbərliyi özlərini elə aparır ki, sanki futbol bunların şəxsi mülküdür.

Bunların qorxduğu yer yoxdur. Hesabat da vermirlər. Yalandan nə istəyirlər, onu da edirlər. Nazim Süleymanovu təbrik etməyənlər bədbəxt insanlardır”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!