“Azərbaycan autsayderlər sırasında ən sərtidir, hazırda enişdədir"

5 Mart 2020 21:10 Milli komanda 899
“Azərbaycan autsayderlər sırasında ən sərtidir, hazırda enişdədir"

Azərbaycan yığması Millətlər Liqasında yer aldığı qrupun autsayderi sayılır.

Sportinfo.az xəbər verir ki, yığmamızla birlikdə C liqasının 1-ci qrupunda yer alan Kipr və Monteneqro cəbhələri birincilik uğrunda mübarizədə komandamızı özlərinə rəqib qismində görmürlər.

Yerli futbol ictimaiyyətinin reaksiyasına əsasən qrupu dəyərləndirən adıçəkilən ölkələrin media nümayəndələri Azərbaycan və Lüksemburqa autsayder gözü ilə baxırlar. Qrupun aşkar favoriti Monteneqro sayılırsa, onlara ən layiqli rəqib Kipr göstərilir.

Monteneqrolular yığmamızı autsayderlər arasında ən çətin rəqib hesab edirlər: “Azərbaycan coğrafi baxımdan Qazaxıstandan yaxın olsa da, autsayderlər sırasında ən sərt rəqib kimi görünür.

Onlar Xorvatiya ilə heç-heçə edərək, bunu göstəriblər. Ancaq qrupda qazandıqları yeganə xal bu oldu. Azərbaycan millisi hazırda enişdədir. İki xorvatiyalı məşqçi Robert Prosineçki və Nikola Yurçeviçdən sonra yeni baş məşqçi axtarışındadırlar”.

UEFA Millətlər Liqasının 2020-21 mövsümünün oyunları sentyabr-noyabr aylarında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı