Azərbaycanla oyundan imtina etdilər

27 Fevral 2020 16:28 Milli komanda 812
Azərbaycanla oyundan imtina etdilər

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin planında dəyişiklik edilib.

Sportiнfo.az xəbər verir ki, buna səbəb yoxlama görüşü üçün ortaq məxrəcə gəlinən Qazaxıstan Futbol Federasiyasının fikrini dəyişməsi olub.

Qeyd edək ki, U-19-un təlim-məşq toplanışında 23 futbolçu iştirak edir. Fevralın 28-dək Bakıda təlim-məşq toplanışında olan U-19-un qazaxıstanlı həmyaşıdları ilə iki yoxlama görüşü keçirməsi planlaşdırılırdı.

Hətta AFFA ilə qarşı tərəf arasında öncədən razılıq da əldə olunub. Lakin qazaxlar son anda paytaxtımıza gəlməkdən imtina ediblər.

Bu da millimizin hazırlıq proqramına təsirsiz ötüşməyib. AFFA qısa müddətdə başqa milli ilə anlaşmağın çətin olduğunu başa düşdüyündən, U-19 yerli klublarla görüşməklə kifayətlənməli olub.

Digər Xəbərlər
Xəbər Lenti