Renat start heyətdə olmayacaq - "Vulverhempton"un ehtimal "11-liy"i

20 Fevral 2020 16:56 Milli komanda 863
Renat start heyətdə olmayacaq - "Vulverhempton"un ehtimal "11-liy"i

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində İngiltərənin "Vulverhempton" klubu İspaniya təmsilçisi "Espanyol"u qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, "Vulverhempton" Avropa Liqasının oyunları üçün Azərbaycan millisinin üzvü Renat Dadaşovu sifariş etsə də, 20 yaşlı hücumçunun bu qarşılaşmada meydana çıxmaq ehtimalı çox azdır.

Britaniya mətbuatı "canavarlar"ın hücum xəttində meksikalı futbolçu Raul Ximenesin yer alacağını qeyd edib. Qarşılaşma Bakı vaxtı ilə 00:00-da başlayacaq.

"Vulverhempton"un ehtimal start heyəti: Rui Patrisiu - Romen Saiss, Konor Koadi, Villi Boli - Matt Doerti, Xoni Otto, Ruben Neveş, Joau Moutinyu - Adama Traore, Dioqu Yota, Raul Ximenes.

Digər Xəbərlər
Xəbər Lenti