“Baş məşqçinin çıxarılacağı ilə bağlı şayiələr dolaşır, komandada ciddi gərginlik var”

01:50 Qarabağ 132
“Baş məşqçinin çıxarılacağı ilə bağlı şayiələr dolaşır, komandada ciddi gərginlik var”

“Qarabağ” ümumilikdə bu mərhələnin aşkar favoritidir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin sabiq futbolçusu Simeon Slavçev deyib.

O, Avropa Liqasının ikinci təsnifat mərhələsində ölkəsindən CSKA-nın “Qarabağ”la duetindən danışıb.

Vaxtilə “Qarabağ”ın formasını geyinmiş yarımmüdafiəçi keçmiş komandasının daha təcrübəli olduğunu qeyd edib.

“CSKA Sofiya”nın həqiqətən yaxşı potensialı var, amma hazırda “Qarabağ” daha təcrübəlidir. Onların artıq formalaşmış oyun üslubu var və məncə, favorit məhz Azərbaycan təmsilçisidir.

Düşünürəm ki, “Qarabağ” qalib gələcək. Komandanın çox yaxşı yarımmüdafiə xətti var. Hücum xəttində isə müxtəlif tipli oyunçular yer alırlar.

Bu, məşqçinin necə oynamaq istəməsindən asılıdır. Biri çox sürətlidir, digərinin mövqe seçimi yaxşıdır, üçüncüsü isə çox yaxşı hərəkət edir və daim qol vurmaq üçün fürsət axtarır.

Sofiya klubuna gəlincə, müdafiə xətti, xüsusən də “dördlü” müdafiə tam formalaşmayıb.

Çünki orada yeni oyunçular var və düşünürəm ki, arxa xətdə problemləri mövcuddur. Amma ”CSKA Sofia”nın də güclü tərəfi məhz yarımmüdafiəçiləridir”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Slavçevin sözlərinə görə, hazırda CSKA-da oyunçular, klub rəhbərliyi və baş məşqçi arasında müəyyən problemlər var:

“Məşqçinin işdən çıxarılacağı ilə bağlı şayiələr dolaşır və komandada ciddi gərginlik hiss olunur. Yəni, orada sakit və rahat atmosfer yoxdur”.

32 yaşlı futbolçu hələ də “Qarabağ”ın oyunlarını yaxından izlədiyini bildirib.

Bu cütün qalibi “Şerif” (Moldova) - “Makkabi” (Təl-Əviv, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!