«Dinamo» II Liqada növbəti mövsümün hazırlıqlarına dünən start verib.
İlk üç yarışın iştirakçısı olmuş «polislər» məşqlərini Abşeron Olimpiya Kompleksində keçməkdədir.
Daxili İşlər Nazirliyinə aid klub bu arada seçim elan edib. Redaksiyamsıza bildirilib ki,
«Dinamo» çempionata bələd olan, burada özünü göstərmək istəyən, potensialına inanan gəncləri, eyni zamanda, nisbətən yaşlı oyunçuları sıralarına qatmaq niyyətindədir.
Onlara II Liqa səviyyəsində normal əməkhaqqı təklif olunur. Kim gələcəyini burada görürsə, Abşeron Olimpiya Kompleksinə baş çəkə bilər.
Yaş və say məhdudiyyəti yoxdur.
«Dinamo» keçən «futbol ili»ni ilk «altılıq»da başa vurub.
Builki məqsəd həmin nəticəni daha da yaxşılaşdırmaq, mümkün olsa,medallar uğrunda mübarizəyə qoşulmaq, beləcə, I Liqaya vəsiqə qazanmaqdır.
SPORTİNFO.AZ

