"Qəbələ" yay təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçına Sumqayıtda çıxdı.
Kaxaber Tsxadadzenin yetirmələri yerli "Sumqayıt" kollektivi ilə üz-üzə gəlib.
Görüş 1:1 hesablı bərabərliklə bitib.
Yoxlama görüşü olmasına baxmayaraq "qırmızı qaralar" dəstəksiz qalmayıb. Uzaq məsafə qət edən qəbələlilər tribunada öz yerini alıb.
Fanatlar 90 dəqiqə şuarlar səsləndirib, bəstələr oxuyublar. Futbolçular da sevimli azarkeşlərinin fədakarlığına etinasız qalmayıb.
Hər biri onların yer aldığı sektora gələrək alqışla təşəkkür ediblər.
Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ

