“Sabah”a qarşı həm topla, həm də topsuz daha aqressiv olmalıyıq”

25 İyul 09:00 Çempionlar Liqası 505
“Sabah”a qarşı həm topla, həm də topsuz daha aqressiv olmalıyıq”

“Cavab oyunda həm topla, həm də topsuz daha aqressiv olmalıyıq”.

Sportinfo.az xəbər verir ki, bunu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bakıda “Sabah”a 0:1 hesabı ilə məğlub olan “KuPS”un qapıçısı Yohannes Kreydi deyib.

Finlandiya komandasının 30 yaşlı avstriyalı kiperi qarşıdakı görüşdə qələbə qazanaraq mərhələ adlamaq istədiklərini deyib:

“Növbəti matçadan öncə liqada oyunumuz var. İlk matçda müdafiə olunmalı idik və çox əziyyət çəkdi.

Amma məncə, öz cərimə meydançamızda həqiqətən yaxşı müdafiə olunduq.

İndi isə evdə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, məqsədimizə çataq”.

Tərəflər arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda Danimarka “Orxus”u və Polşa “Lex”i arasındakı duelin güclüsü ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi