İyulun 21-23-də keçirilən avrokubokların 2-ci təsnifat mərhələsinin ilk oyunlarında ən çox azarkeş toplayan matçların siyahısı açıqlanıb.
Sportinfo.az bu haqda “Football Meets Data”ya istinadən xəbər verir.
“Qarabağ”ın Bolqarıstandan SSKA-ya qarşı Bakıda keçirdiyi Avroliqanın 2-ci təsnifat mərhələsinin ilk görüşünü 23 min 813 azarkeş izləyib.
Bu göstərici ilə Ağdam təmsilçisi həftənin ən yüksək tamaşaçı sayına malik 5-ci komandası olub.
İlk dördlükdə isə “Fənərbaxça” – “Qurnik” (38 604), “Beşiktaş” – “Midtyulland” (31 471), “Hayduk” – “Pafos” (27 752) və “Tvente” - “Ferensvaroş” (27 500) matçları qərarlaşıb.

