Premyer Liqadan gedən rayon komandasında 5 yeni sima

26 İyul 02:10 I Divizion 1 109
Premyer Liqadan gedən rayon komandasında 5 yeni sima

Yeni mövsümdə I Liqada yarışacaq “Karvan Yevlax” heyətini gücləndirməyə davam edir.

Sportinfo.az xəbər verir ki, Yevlax təmsilçisi heyətinə daha 5 yeni oyunçu cəlb edib.

Son olaraq “Mingəçevir”də oynamış müdafiəçi Xəyal Muradov, Rəhim Osman və Elmin Bayramovla 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi Aqil Nəsibov son olaraq “Şəfa”da forma geyinib.

Turan Vəlizadə isə “Səbail”dən transfer edilib. Hər iki yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

İbrahim Qədirzadə isə Yevlax klubunu tərk edib. Onun klubla müqaviləsinin müddəti başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”