Premyer Liqa nəhənginin“radar”ındadır - Ukraynalı müdafiəçi

26 İyul 00:20 İngiltərə 658
Premyer Liqa nəhənginin“radar”ındadır - Ukraynalı müdafiəçi

Ukrayna millisinin və PSJ-nin müdafiəçisi İlya Zabarnı yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Sportinfo.az “Foot01”-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Liverpul”un maraq dairəsinə düşüb.

Bildirilir ki, “qırmızılar”ın baş məşqçisi Andoni İraola müdafiəçinin potensialına yaxından bələddir. O, daha əvvəl “Bornmut”da çalışarkən Zabarnı ilə birgə işləyib.

“Transfermarkt” portalı ukraynalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir. Onun PSJ ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Zabarnı ötən mövsüm PSJ-nin heyətində həm UEFA Çempionlar Liqasının, həm də Fransa Liqa 1-in qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti