“Sabah”ın legioneri Timoteuş Puxaç ölkəsi Polşa mətbuatına açıqlamasında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi yetirməsi olduğu Polşa “Lex”i ilə qarşılaşma ehtimallarına münasibət bildirib.
O, bunu öncədən hiss etdiyini gizlətməyib:
“Püşkün nəticəsi əladır. Əvvəldən deyirdim ki, “Lex”lə qarşılaşacağıq.
Təbii ki, bunun baş verməsi üçün hər iki komanda 2-ci mərhələni keçməlidir. Amma futbol belə hekayələri sevir. Sanki hər şey yuxarıdan planlaşdırılıb”.
Puxaç sabiq komandasının inkişafını da yüksək qiymətləndirib:
“Görünür, “Lex”in layihəsi sabit şəkildə inkişaf edir. Polşa Superkubokundakı çıxışları məndə yaxşı təəssürat yaratdı”.
Puxaç “Sabah”ın oyun üslubundan da danışıb:
“Avrokuboklar bizim səviyyəmizi göstərir. Biz yüksək pressinqlə oynamağa, hücum futbolu sərgiləməyə, qol epizodları yaratmağa və öz oyun üslubumuzu diqtə etməyə çalışırıq. Bu baxımdan müəyyən mənada “Lex”ə bənzəyirik”.
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 4-5-də və 11-də keçiriləcək.

