“Neftçi”nin öhdəsindən gələcəklər, əsas məsələ arxayınlaşmamaqdır”

13:20 Neftçi 118
“Neftçi”nin öhdəsindən gələcəklər, əsas məsələ arxayınlaşmamaqdır”

Belarus millisinin sabiq futbolçusu Yeqor Filipenko UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”sunun “Neftçi” üzərində qazandığı 4:2 hesablı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, sabiq müdafiəçi həmyerlilərinin çıxışını yüksək qiymətləndirib:

“Uşaqlar bizə sevinmək və qürur duymaq üçün səbəb verdilər. Çox yaxşı oynadılar.

İlk 10 dəqiqəni çıxsaq, qələbə tamamilə haqq edilmişdi. Komanda çox yaxşı təsir bağışladı, çoxlu qol epizodları yaratdı.

Birinci hissədə hesabda geri düşmələri oyunun gedişinə uyğun deyildi. Fasilədən sonra meydana çıxaraq bunu bir daha sübut etdilər.

Əhsən! Bu, inamlı qələbədir və növbəti mərhələyə yüksəlmək üçün yaxşı şans yaradır”.

38 yaşlı Filipenko cavab qarşılaşmasının daha çətin keçəcəyini düşünür:

“Əsas məsələ yaxşı bərpa olunmaq və arxayınlaşmamaqdır. Cavab oyununda çətin olacaq.

Düşünürəm ki, “Neftçi” bu dəfə tam fərqli motivasiya ilə meydana çıxacaq. Amma hesab edirəm ki, “Dinamo” bunun öhdəsindən gələcək”.

Komandalar arasında cavab oyunu iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti