Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycanyığması ilk yoxlama oyununu keçirib.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar iyulun 1-də ikinci yoxlama oyununda üz-üzə gələcəklər.

