“Neftçi” Konfrans Liqasındakı ilk oyunda məğlub, daha doğrusu, biabır oldu.
Minsk “Dinamo”su ilə qarşılaşmanın ilk 8 dəqiqəsində 2 qol vuran “ağ-qaralar” oyunun sonuna qədər 4 top buraxıb öz meydanında, doğma azarkeşlərinin qarşısında uduzdu.
Klubun 90 illiyində çempionluğu hədəfləyən klub üçün bu cür başlanğıc gələcək adına xoş ümid vermir. Əksinə, bakılıların növbəti dəfə avrokuboklara vəsiqə üzünə həsrət qalacağı inandırıcı görünür.
Məğlubiyyətin günahkarları kimlərdir? “Dinamo”ya ağır yenilgiyə görə kimin yaxasından yapışmaq lazımdır?
Sportinfo.az-ın əməkdaşı Həbəb Aslanov hazırladığı videoda “Neftçi” mövzusunda danışıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

