Azərbaycan Avropa çempionatının B divizionunda ilk qrup qələbəsini qazandı

26 İyul 08:30 Basketbol 358
Azərbaycan Avropa çempionatının B divizionunda ilk qrup qələbəsini qazandı

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda ikinci qrup oyununu Ukrayna seçməsinə qarşı keçirib.

Sportinfo.az xəbər verir ki, Xorvatiyada keçirilən qitə birinciliyində yığma ilk hissəni geridə tamamlasa da, sonradan geridöünş edərək, 77:68 hesablı qələbəyə sevinib.

Görüşün ən dəyərli basketbolçusu (MVP) 20 xal, 17 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib.

Bu qələbə U-18 millimizin Avropa çempionatı B divizionunda qazandığı ilk qrup qələbəsi kimi də tarixə düşüb.

Azərbaycan qrupda növbəti oyununu sabah Bakı vaxtı ilə saat 12:30-da İslandiya seçməsinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti