Orxan Məmmədov het-trik etdi, yığmamız Gürcüstanı 6:0 uddu

03:40 Milli komanda 1 301
Orxan Məmmədov het-trik etdi, yığmamız Gürcüstanı 6:0 uddu

Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycanın çimərlik futbolu millisi yoldaşlıq görüşü keçirib.

Sportinfo.az xəbər verir ki, Gürcüstan yığması ilə qarşılaşan komanda Orxan Məmmədov (3), Elşad Manafov (2) və Sahib Məmmədovun vurduğu qollarla rəqibindən 6:0 hesabı ilə üstün olub.

Komandalar arasında növbəti oyun iyulun 10-da baş tutacaq.

Bu qarşılaşmalar iyulun 15-19-da keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti