Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda 17-ci turda öz meydanında "Cincinnati"ni ilə qarşılaşıb.
Matç “Kolumbus Kru”nun qələbəsi ilə başa çatıb – 2:1.
Nəriman bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.
“Kolumbus Kru” Şərq Konfransında 17 turdan sonra 19 xalla 11-ci sıradadır.
"Kolumbus Kru" - "Cincinnati" 2:1
Qollar: Siare, 41, Gazdag, 45+6 - Denkey, 9

