Cənubi Koreya millisinin oyunçusu PSJ-dən “Atletiko”ya keçdi

10:40 İspaniya 89
Cənubi Koreya millisinin oyunçusu PSJ-dən “Atletiko”ya keçdi

Cənubi Koreya millisinin yarımmüdafiəçisi Li Kan İn PSJ-dən ayrılaraq karyerasını İspaniyada davam etdirəcək.

Sportinfo.az “Atletiko”nun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə Madrid klubu arasında müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Daha əvvəl İspaniya mətbuatında transferin 35 milyon avroya başa gəldiyi bildirilmişdi.

Li Kan İn ötən mövsüm Fransa Liqa 1-də PSJ-nin heyətində 27 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti