Milliləri yerlilər çalışdıracaq, yoxsa əcnəbilər? - YEKUN QƏRAR

17:40 Milli komanda 297
Milliləri yerlilər çalışdıracaq, yoxsa əcnəbilər? - YEKUN QƏRAR

AFFA aşağı yaş qrupları üzrə yığmalarla bağlı mühüm qərar verib.

Komandalara əcnəbi mütəxəssislərə tapşırılması barədə təklif irəli sürülsə də, federasiya rəhbərliyi bu fikri dəstəkləməyib.

Onlarda yalnız yerlilər çalışacaq. Hazırkı məşqçi korpusları isə dəyişdiriləcək.

Bütün komandalar yenidən formalaşdırılacaq. Son olaraq millilərdə çalışmış bütün mütəxəssislərlə yollar ayrılacaq.

Qurum rəhbərliyi texniki direktor vəzifəsinə gətirdiyi Edmond Klausla bu yöndə geniş fikir mübadiləsi aparıb. Niderlandlı funksioner ideyanı dəstəkləyib və «U-lar»da yeni dönəmin vaxtının çatdığını söyləyib.

Çünki yığmalar son illər iştirak etdiyi beynəlxalq turnirlərdə bir qayda olaraq uğursuzluqla üzləşib. Hamısı Avropa çempionatının ilkin mərhələsində mübarizəni dayandırıb.

U-15-dən U-19-a qədər bütün komandalar başqa məşqçilərə tapşırılacaq. Məsələ İcraiyyə Komitəsinin bu gün keçiriləcək yığıncağında müzakirəyə çıxarılacaq və rəsmiləşəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti