“Mançester Yunayted” yay transfer dövründə yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
“Qırmızı şeytanlar” yeni yarımmüdafiəçi transfer etmək niyyətindədir.
İngiltərə Premyer Liqasının son mövsümünün bürünc mükafatçısının maraq dairəsində iki futbolçu yer alır: “Roma”nın üzvü Manu Kone və “Brayton”un yarımmüdafiəçisi Karlos Baleba.
25 yaşlı Kone ötən mövsüm Roma təmsilçisinin heyətində 29 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Baleba isə Premyer Liqada 31 matçda forma geyinib. Kamerunlu futbolçu mövsüm ərzində 5 sarı vərəqə alıb və məhsuldar göstərici ilə yadda qalmayıb.

