Azərbaycan millisi B Liqasının çempionu oldu

20 İyul 01:40 Milli komanda 289
Azərbaycan millisi B Liqasının çempionu oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin final görüşünə çıxıb.

Sportinfo.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisi həlledici qarşılaşmada Latviya yığmasını 4:0 hesabı ilə məğlub edib.

Qollları Elşad Mandafov (2), Orxan Məmmədov və Ramil Əliyev vurublar.

Bu qələbə sayəsində Azərbaycan millisi EBSL-in B Liqasının qalibi olub.

Bununla yanaşı, yığmamız Avropa çempionatının A Liqasına yüksələrək növbəti mövsümdən qitənin ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.

Azərbaycan millisi turnir ərzində uğurlu çıxışı ilə seçilərək həm çempionluğa, həm də A Liqasına vəsiqəyə sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!