“Qarabağ”ın istədiyi müdafiəçidən 2 milyon qazanmaq niyyətindədirlər - Təklif göndərdilər

09:20 Qarabağ 249
“Qarabağ”ın istədiyi müdafiəçidən 2 milyon qazanmaq niyyətindədirlər - Təklif göndərdilər

“Qarabağ”ın transfer gündəmində olan “Kasa Pia”nın (Portuqaliya) futbolçusu Joao Qulart Bolqarıstana köçə bilər.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi üçün Ağdam klubunun Avropa Liqasındakı rəqibi ÇSKA qarşı tərəfə rəsmi təklif göndərib.

Sofiya təmsilçisi mərkəz müdafiəçisinin keçidini 1,5 milyon avroya həll etməyi planlaşdırır. Lakin “Kasa Pia” aparıcı oyunçusunun satışından 2 milyon avroluq gəlir götürmək niyyətindədir.

Ancaq başqa sərfəli təklif olmasa, portuqaliyalılar ÇSKA-nın təklifini qəbul edə bilər.

“Sportinq”in yetirməsinin “Kasa Pia” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti