Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Kayzerslautern“dən “Rakov“a keçidinin ən mühüm detalı üzə çıxıb.
Aldığımız məlumata görə, hər iki klub onun məvacibini öz arasında bölüşdürüb.
Polşa təmsilçisi 29 yaşlı forvardın maaşın yarısını ödəyəcək, qalanını isə II almanlar.
“Rakov” həmyerlimizi 1 illik icarəyə götürüb. Razılaşmaya əsasən, polyaklar yığmamızın üzvünü birdəfəlik transfer etmək hüququna malikdir.
“Rakuv” Emrelinin karyerasında ikinci Polşa klubudur.
O, 2021/22 mövsümündə “Legiya”nın heyətində çıxış edib. Onun Varşava klubundakı karyerası azarkeşlərin komanda avtobusuna hücumundan sonra yarımçıq başa çatıb.
“Rakuv” Azərbaycan futboluna yaxşı tanışdır. 2023/24 mövsümündə bu komanda Çempionlar Liqasının 2-ci mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.
SPORTİNFO.AZ

