Premyer Liqa klubu gənc hücumçusunu yarım milyona satdı!

21:20 Qəbələ 294
Premyer Liqa klubu gənc hücumçusunu yarım milyona satdı!

Ötən mövsüm “Qəbələ”nin şərəfini qorumuş Prins Ovusu karyerasını Slovakiyada davam etdirəcək.

20 yaşlı hücumçu-vinger 2 il əvvəl avrokuboklarda “Zirə”nin rəqibi olmuş “Dunayska Streda” (DAC 1904) ilə müqavilə bağlayıb.

Bölgə təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər olan Prinsin Slovakiyaya üz tutması “Qəbələ”yə kifayət qədər ciddi məbləğ qazandırıb.

Nə qədər?

250 min avro, təxminən 500 min manat.

İstedadlı gənclərə şans verən və onların Avropa klublarına satışından yaxşı maliyyə qazanan “Dunayska Streda” Ovusunun xoş gələcəyinə ümid edir.

Klub rəhbərliyi inanır ki, yaxın 1-2 il ərzində qanalı futbolçunu 2-3 qat baha qiymətə başqa kluba satmaq mümkün olacaq.

Təxminən yarım milyon manatdan keçmələri də buna görədir.

Maraq üçün bildirək ki, Prins Ovusu ötən mövsüm “qırmızı-qaralar”ın heyətində meydana çıxdığı 34 oyunda 7 qol və 3 assistlə fərqlənmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti