“Kolo-Kolo” (Çili) Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinyanı transfer etdiyini açıqlayıb.
Təcrübəli qolkiper 2026-cı il dünya çempionatındakı uğurlu çıxışı ilə böyük diqqət çəkmişdi.
Vozinya mundialda 4 oyunda meydana çıxıb və onların ikisində qapısını toxunulmaz saxlayıb.
Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edib və 1/16 finalda Argentinaya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qapıçının son klubu Portuqaliyanın II Liqa təmsilçisi “Şaveş” olub.
Transfermarkt portalına görə, Vozinyanın hazırkı bazar qiyməti 500 min avrodur. O, ötən mövsüm “Şaveş”də aylıq 5000 avro qarşılığında forma geyinib.
“Neftçi“nin də afrikalıya maraq göstərməsini bir daha xatırladaq. Bu ilgi son günlərə kimi davam edib.
Ta ki, düşərgədən getməsi gündəmdə olan Kenan Piriçin yekun qərarını açıqlamasına qədər.
Belə ki, ötən ilin yayında “Antalyaspor“dan ayrılan bosniya və herseqovinalı bakılılarla kontraktı ikitərəfli qaydada pozmaqdan imtina edib.
Balkanlı ona Türkiyə və Kiprdən təkliflər gəldiyini, bununla belə, daha 1 il - müqavilə müddəti bitənədək burada qalmaq niyyətində olduğunu bildirib.
SPORTİNFO.AZ

