“Qarabağ”ın satdığı hücumçu bu dəfə "Milan"ın qapısına yol tapdı

25 İyul 19:20 Hadisə 1 013
“Qarabağ”ın satdığı hücumçu bu dəfə "Milan"ın qapısına yol tapdı

Bu yay "Qarabağ"dan "Seltik"ə keçən Kamilo Duran qollarını sıralamaqda davam edir.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı hücumçu bu dəfə "Milan"ın qapısına yol tapıb.

Duran hazırda "Seltik Park"da İtaliya nəhəngi ilə keçirilən yoldaşlıq görüşünün 11-ci dəqiqəsində hesabı açıb.

24 yaşlı futbolçu artıq "Seçltik"də ardıcıl 3-cü oyunda fərqlənməyi bacarıb. O, bundan əvvəl "Sportinq" və "Midlsbro" ilə yoldaşlıq görüşlərində də qol vurmuşdu.

Kamilo Duran 2025-ci ilin yayından ötən ayadək "Qarabağ"ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?