Azərbaycan 3 qolla Tacikistanı məğlub etdi

03:00 Milli komanda 80
Azərbaycan 3 qolla Tacikistanı məğlub etdi

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət milli ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, U-17 yenidən Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan görüş Aqil Nəbiyevin yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekulaşıb.

Millimizin heyətində qolları 47-ci dəqiqədə Rəsul Balakişiyev, 55-ci dəqiqədə Daniil Rəcəbov və 66-cı dəqiqədə Ruslan Əbilov vurublar.

Bu komandaların birinci yoxlama matçında Tacikistan yığması 1:0 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti